6 C
Baku
Thursday, February 13, 2025

Azərbaycan əhalisi yanvarda benzin və dizelə 271 milyon manat xərcləyib

2025-ci ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 271 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 9.3% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər