2022-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.3% artaraq 8 129.6 milyon manat olub. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 192.3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76.2%-ini təşkil edib.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 807.6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 122.3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.