5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan əhalisinin banklardakı əmanətləri 5% artıb

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2019-cu ilin yanvar-oktyabr ayları üzrə olan göstəriciləri açıqlayıb.

2019-cu ilin oktyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri 8 milyard 605,3 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, 2018-ci ilin oktyabr ayının 1-də isə əhalinin əmanətləri 8 milyard 199,1 milyon manat olub.

Belə ki, cari ildə illik müqayisədə əhalinin banklardakı əmanətləri 5% artıb.

Ötən ay isə əhalinin depozitləri 8 milyard 561,8 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər