6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan əhalisinin Ermənistan ərazisini hansı sərhədlər daxilində tanımaq istədiyi məlum olub – Sorğu

Azərbaycan cəmiyyətinin Ermənistanın ərazisini hansı sərhədlər daxilində tanımasına dair rəyi öyrənilib.

Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusu zamanı respondentlərə “Ermənistan dövlətinin ərazisini” hansı sərhədlər daxilində tanıyırsınız” sualı verilib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 22,6 faizi Ermənistan dövlətinin ərazisini Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər daxilində, 16,2 faizi sovet dövründəki sərhədlər daxilində, 11,5 faizi 44 günlük müharibədən sonra, indiki halda müəyyən ediləcək sərhədlər daxilində tanıyır. Respondentlərin 41,3 faizi Ermənistan dövlətinin ərazisini tanımadığını bildirir. Sorğu iştirakçılarının 3,3 faizi bu suala digər cavab variantlarını verib. Respondentlərin 5,1 faizi cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər