Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 36 861,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,5% artaraq 3 727,8 manata çatıb.