12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsi bildirir ki, bu müddət ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 1 822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,5%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 846,9 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.

Report

Son xəbərlər
Digər xəbərlər