Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və turizm daha da güclənir.
Banker.az xəbər verir ki, buna görə də “Business Insight IRG” şirkəti “Ölkə daxilində və ya xaricdə hansı bölgələrə səfər etmisiniz?” adlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, daxili turizmin ilk üç regionunda Qəbələ (38.5%), Quba (37.9%) və Qusar (21.1%) rayonları yer alıb. 4-cü yeri Şəki (17.1%) və 5-ci yeri isə İsmayıllı (14.7%) tutur.
Xarici səfərlər arasında müvafiq olaraq Türkiyə (51,1%), Gürcüstan (40,2%) və Rusiya (20,1%) ölkələr başçılıq edir.