Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 372,317 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.
Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətə sərf olunan vəsaitin həcmi illik müqayisədə 40,2% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin artımı ilə bağlıdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,1%-ni və ya 265,635 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.
Report