Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34812 nəfər və ya 0.3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 259 701 nəfərə çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşmüşdür.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olub.






