15 C
Baku
Monday, March 17, 2025

Azərbaycan əhalisinin sayı 3 min nəfərə yaxın artıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 2935 nəfər və ya 0.03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 227 824 nəfərə çatıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əhalinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9.7-dən 9.9-a qədər artıb.

Doğulan körpələrin 54.6 faizi oğlan uşaqları, 45.4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub.

Son xəbərlər
Digər xəbərlər