18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycan əhalisinin sayı 6 min nəfərə yaxın artıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10157406*) nəfər təşkil etmişdir.  2023-cü il iyul ayının 1-i vəziyyətinə  10151517 nəfər olub ki, bu da aylıq müqayisədə 5 889 nəfər artımdır.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm
olmuşdur.

Son xəbərlər
Digər xəbərlər