10 C
Baku
Wednesday, April 16, 2025

Azərbaycan əhalisinin sayı 6 min nəfərə yaxın artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10 230 666 nəfər təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd
sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olmuşdur. Körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulmuşdur.

Son xəbərlər
Digər xəbərlər