17.9 C
Baku
Thursday, May 15, 2025

Azərbaycan əhalisinin sayı 8 min nəfərdən çox artıb

2025-ci ilin yanvar-mart aylarında əhalinin sayı 8253 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il aprel ayının 1-i vəziyyətinə 10 233 142 nəfərə çatıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşmüşdür.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olmuşdur. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olmuşdur.

Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,6), Qarabağ və Mil-Muğan (10,5), Şərqi Zəngəzur (10,2), Mərkəzi Aran (10,0), Şirvan-Salyan (9,7), Qazax-Tovuz (9,4), Quba-Xaçmaz (9,3) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,8) yüksək olub.

 

Son xəbərlər
Digər xəbərlər