-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan əhalisinin sayı 9 min nəfərdən çox artıb

2024-cü ilin yanvar-mart aylarında əhalinin sayı 9016 nəfər və ya 0.1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1
faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan,
2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Son xəbərlər
Digər xəbərlər