2022-ci ilin yanvar-iyul aylarında əhalinin sayı 35243 nəfər və ya 0.3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10 191 609 nəfərə çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalmışdır.