Azərbaycan əhalisinin sayı açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 29418 nəfər və ya 0.3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52.9 faizini şəhər, 47.1 faizini kənd sakinləri təşkil edib. Əhalinin tərkibində kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.