12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan əhalisinin sayı keçən ay 5 min nəfərə yaxın artdı

2023-cü ilin yanvar-aprel aylarında əhalinin sayı 16376 nəfər və ya 0.2 faiz artaraq 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521*) nəfərə çatıb. 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10138585 nəfər olub ki, bu da aylıq müqayisədə 4 936 nəfər artım deməkdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə
müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12.1-dən 11.1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.2 faiz, qız uşaqlarının xüsusi çəkisi
isə 46.8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.

Son xəbərlər
Digər xəbərlər