Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10151517 nəfər təşkil edib. 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057 nəfər olub ki, bu da aylıq müqayisədə 3 460 nəfər artımdır.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əhalinin ümumi sayının 54.6 faizini şəhər. 45.4 faizini kənd sakinləri. 49.8 faizini kişilər. 50.2 faizini isə qadınlar təşkil edir.