14 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan əhalisinin sayı ötən ay 4 min nəfərdən çox artıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057*) nəfər təşkil edib. 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521 nəfər idi. (aylıq müqayisədə 4 536‬ nəfər artım)

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46544 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə
düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm
olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər