11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan ən çox hansı ölkələrdən turist qəbul edib? – SİYAHI

2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər edib.

Hansı ölkələrdən gəlib?

Burada, gələnlərin

  • 31,7 %-i Rusiya Federasiyası,
  • 20,0 %-i Gürcüstan,
  • 13,5 %-i İran,
  • 11,2 %-i Türkiyə,
  • 3,8 %-i Birləşmiş Ərəb Əmirlikləri,
  • 2,3 %-i İraq,
  • 2,1 %-iUkrayna,
  • 15,3 %-i digər ölkələrin vətəndaşları,
  • 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 64,9 %-ini kişilər, 35,1 %-ini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 %-i yanvar, 5,7 %-i fevral, 9,1 %-i mart, 6,9 %-i aprel, 7,8 %-i may, 9,0 %-i  iyun, 11,7 %-i iyul, 11,4 %-i avqust, 9,4 %-i sentyabr, 7,6 %-i oktyabr, 7,5 %-i noyabr, 8,0 %-i isə dekabr aylarında ölkəyə gəlmişlər.

Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman vətəndaşlarının sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 % artaraq 614,7 min nəfər təşkil etmişdir.

Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunmuşdur. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 % artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 % artaraq 1006,5 min nəfər olmuşdur.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 %-i dəmir yolu və avtomobil, 42,7 %-i hava, 0,7 %-i isə su nəqliyyatından istifadə etmişdir.

2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 % azalaraq 4108,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,4 %-i Gürcüstana, 23,4 %-i İrana, 22,5 %-i Rusiya Federasiyasına, 14,6 %-i Türkiyəyə, 1,6 %-i Ukraynaya, 1,0 %-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 %-i isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 67,6 %-i kişilər, 32,4 %-i isə qadınlar olmuşdur.

Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,6 %-i dəmir yolu və avtomobil, 20,1 %-i hava, 0,3 %-i isə su nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər