9 C
Baku
Monday, December 23, 2024

Azərbaycan ərazisi ilə Qazaxıstan mənşəli maye qazın tranziti kəskin artıb

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC tərəfindən ölkəmiz ərazisi ilə 141 958 ton Qazaxıstan mənşəli maye qaz nəql edib.

“ADY Express” MMC-nin məlumatına əsasən, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70.7% çoxdur.

Qeyd olunan yük Xəzər dənizinin şimal hissəsindən, Rusiya ərazisindən keçərək Azərbaycana, daha sonra Gürcüstana və daha sonra üçüncü ölkəyə nəql edilir.

Hazırda ölkəmizdə keçən tranzit yüklərin arasında Qazaxıstan mənşəli məhsullar liderlik edir. Qazaxıstandan digər növ yüklərlə yanaşı ən çox maye qazın tranzit rejimdə nəqlində artım əldə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər