12 C
Baku
Friday, November 8, 2024

Azərbaycan ərazisi yaxın dörd ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

2027-ci ilə qədər Azərbaycanın bütün ərazisinin tamamilə rəqəmsal radio yayımı ilə əhatə olunması gözlənir.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, rəqəmsal radioyayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.

Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.

2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhərində və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.

Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilə qədərrespublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 %-nin, 2027-ci ildə ölkə ərazisinin 99,6 %-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.

Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.

Eyni zamanda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər