-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yükdaşımalar artıb

2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258,0 min ton, yük dövriyyəsi isə 13198,3 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə olunub.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil edib.

Yüklərin 15277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər