12 C
Baku
Monday, November 18, 2024

Azərbaycan ərzaq təhlükəsizliyi üçün vəsaiti 38.6 faiz artırır

“Dünyada ərzaq qıtlığı, ərzaq böhranı kimi təhdidlər var. Ərzaq təhlükəsizliyi məsələsi hazırda dünyada da çox aktualdır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu baxımdan ölkəmizin ərzaq təminatının təşkil olunması məsələsinə xüsusi önəm verilir: “Ərzaq təminatı ilə bağlı xərclərin 52 %-i ərzaq təhlükəsizliyinə yönəldiləcək. Sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzində qalmaqdadır”.

Qeyd edək ki “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625.2 milyon manat vəsait proqnozlaşdırılıb. İşğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625.2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38.6 faiz çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər