Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sabiq deputatı Sinan Oğan prezidentliyə namizəd olacağını açıqlayıb.
Bu barədə siyasətçi tviter profilində qeyd edib.
O özünü “Türk millətçilərinin prezidentliyə müstəqil namizədi” adlandırıb.
Daha öncə Sinan Oğan namizəd ola biləcəyini bildirmişdi: “Kılıçdaroğlu namizəd olarsa, mən də namizəd olaram”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan Türkiyənin İğdır şəhərində doğulub. O, 2011-ci ildən 2015-ci ilədək Türkiyə Böyük Millət Məclisinin millət vəkili olub. 2017-ci ildə Millətçi Hərəkat Partiyasını tərk edib.