6 C
Baku
Monday, January 6, 2025

Azərbaycan 1 ton fındığı xaricə 800 dollar daha ucuz satıb

2023-cü ilin yanvar-mart ayında Azərbaycandan 38 milyon 348 min dollar dəyərində 7 823 ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 40 milyon 330 min dollar dəyərində 7 038 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 5% azalıb, miqdar ifadəsilə 11% artıb.

Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5730 dollardan 4902 dollara düşüb.(828 dollar azalıb).

Son xəbərlər
Digər xəbərlər