16 C
Baku
Friday, October 18, 2024

Azərbaycan 1 ton fındığı xaricə təxminən 700 dollar daha ucuz satıb

2023-cü ilin yanvar-may ayında Azərbaycandan 54 milyon 638 min dollar dəyərində 11 080  ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni ayında Azərbaycandan 53 milyon 760 min dollar dəyərində 9 577 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 2% artıb, miqdar ifadəsilə 16% artıb.

Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5613 dollardan 4931 dollara düşüb (682 dollar azalıb).

Son xəbərlər
Digər xəbərlər