15 C
Baku
Monday, November 17, 2025

Azərbaycan 10 aya xaricə $10.8 mlrd.-lıq xam neft satıb

2025-ci ilin ilk 10 ayında Azərbaycanın xam neft ixracı həcmi ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artsa da, qiymətlərin ucuzlaşması səbəbindən ümumi dəyərin həcmi qiymətlərin düşməsi səbindən azalıb.

Banker.az bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir.

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. Lakin statistik dəyər 12,76 milyard dollardan 10,85 milyard dollara düşüb — yəni gəlirlər 15%-dən çox azalıb.

Həcmin artması fonunda gəlirin azalması xam neftin orta satış qiymətindəki ciddi enişlə bağlıdır. 2024-cü ildə bir tonun orta ixrac qiyməti təxminən 620 dollar idi, 2025-də isə bu rəqəm 523 dollara qədər düşüb. Beləliklə, bir tonun orta qiymətində 16%-lik eniş baş verib və bu, ümumi gəlirlərin azalmasının əsas səbəbidir.

 

Son xəbərlər
Digər xəbərlər