16 C
Baku
Monday, May 6, 2024

Azərbaycan 10 ölkə ilə Azad Ticarət Sazişi imzalayıb

Hazırda Azərbaycandan qeyri-neft ixracının artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə 10 ölkə ilə Azad Ticarət Sazişi və Türkiyə ilə Preferensial Ticarət Sazişi qüvvədədir.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023″də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, bir sıra kənd təsərrüfatı və digər Azərbaycan, Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.

E. Əliyev bildirib ki, bu istiqamətdə aparılan fəaliyyət nəticəsində Türkiyə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilib: “Bir sıra dövlətlərlə ticarət, iqtisadi əməkdaşlıq, investisiyaların cəlbi və qorunması sahəsində ikitərəfli müqavilələrin bağlanması, xüsusilə Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə ticarətin asanlaşdırılması ilə əlaqədar işlər həyata keçirilib”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər