9 C
Baku
Tuesday, December 16, 2025

Azərbaycan 11 ayda 1.1 milyon tondan artıq buğda alıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 1 131 876.30 ton buğda idxal edib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 244 milyon 632 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1.3%, dəyər baxımından isə 1.5% artıb.

2024-cü ilin 11 ayında isə Azərbaycana 241 milyon 94 min dollar dəyərində 1 117 277.31 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.15%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər