Azərbaycan 2022-ci ilin oktyabrından bəri ilk dəfə Niderland Krallığına xam neft satıb.
Bunu Banker.az rəsmi statistik göstəricilərinə istinadən xəbər verir.
2024-cü ilin mayında Niderlanda 89.95 min ton həcmində xam neft ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, mayda ixrac edilən xam neftin dəyəri 57.02 mln. dollar olub.
Sonuncu dəfə 2022-ci ilin oktyabrında Niderlanda 82.68 min ton və ya 62.24 mln. dollarlıq xam neft satılmışdı.