Azərbaycan 2026-cı ildə mis ixracını kəskin artırıb

Azərbaycanın 2026-cı ilin yanvarında ixrac edilmiş mis filizlərinin həcmi 9 331 ton olub, bu isə 2025-ci ilin yanvarındakı 1 960 ton ilə müqayisədə təxminən 4,8 dəfə çoxdur.

Banker.az xəbər verir ki, ixracın dəyəri isə 20 milyon 502 min dollar.

Beləliklə, bir tonun orta ixrac qiyməti 2026-cı ilin yanvarında təxminən 2 196,58 dollar, 2025-ci ilin yanvarında isə 1 229,30 dollar təşkil edib.

Gürcüstana ixrac həcmi 2026-cı ildə 8 568 ton olub (2025-ci ildə 1 960,27 ton), dəyəri 18 114,79 min dollar, bir tonun qiyməti 2 114 dollar təşkil edib.

İsveçrəyə ixrac isə 762,1 ton, 2 milyon 387 min dollar olub, bir tonun qiyməti 3 133 dollar təşkil edib.

“Anglo Asian Mining PLC”nin törəmə şirkəti  Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AIMKL) 2026-cı ilin yanvarında xaricə 29,3 mln. dollarlıq metal satıb. Bu da illik müqayisədə ixracın təxminən illik 20.3 milyon dollar və ya 3.2 dəfə artması deməkdir.

Son xəbərlər
Digər xəbərlər