17 C
Baku
Friday, April 19, 2024

Azərbaycan 2026-cı ilin sonuna kimi ixrac üçün 1 mlrd. kubmetr həcmində qaza qənaət edə bilər

Azərbaycanın 2026-cı ilin axırına kimi alternativ enerji sahəsində (külək və günəş enerjisi) reallaşdırılacaq layihələr çərçivəsində əlavə 1 mlrd. kubmetr həcmində qaz ixrac üçün qənaət edilə bilər.

Bunu 28-ci Bakı Enerji Forumu zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ilin axırına kimi 1.8 QVt gücündə alternativ enerji sahəsində layihələr həyata keçiriləcək.

Nazir əlavə edib ki, 2030-cu ildə qeyd olunan göstərici 5 QVt-ta çatacaq və bu da böyü “yaşıl enerji” potensialı deməkdir.

Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycanın bu sahədə göstərdiyi səylər Xəzər regionunun “yaşıl enerji” mərkəzinə çevrilməsi üçün zəmin yaradacaq: “İlkin mərhələdə bu gücün 4 QVt-ın Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya, 1 GVt-ın isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Enerji Həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan Memorandumlar imzalayacağıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər