4 C
Baku
Monday, January 13, 2025

Azərbaycan 2040-cı ilədək süni intellektdə $40 mlrd.-lıq əlavə dəyər yaradacaq

Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.

O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir: “2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.

E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq: “Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər