Azərbaycan keçən il ümumilikdə xaricdən 1 917.79 min tonluq xam neft alıb və bunun ümumi statistik dəyəri 1 mlrd. 77.24 mln. ABŞ dolları təşkil edir.
Banker.az-ın əldə etdiyi rəsmi məlumata görə, bunun 1 304 min tonu və ya $729.26 mln. dəyərində Rusiyadan, 551.68 min tonu ($317.54 mln.) Türkmənistandan, 62.11 min tonu ($30.43 mln.) Qazaxıstandan edilib.
Qeyd edək ki, sonuncu dəfə Türkmənistandan 2023-cü ilin iyulunda, Qazaxıstandan isə 2023-cü ilin sentyabrında xam neft alıb.
Qazaxıstan artıq neft satışını əvvəlki qaydada Rusiya vasitəsi ilə yola salmaqdadır. Məsələn, ölkə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) yanvarda neftin nəqlini illik 7% artıraraq 6.1 milyon tona çatdırıb.