Azərbaycan $300 milyon üzəri əczaçılıq məhsulları alıb

Azərbaycan xaricdən bu ilin yanvar-avqust aylarında dəyəri 300 milyon 3 min ABŞ dolları olan 13 min 592 ton əczaçılıq məhsulları idxal edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilmiş məhsulun dəyəri 58%, miqdarı isə 1.3% artıb. İdxal edilən əczaçlıq məhsulları ümumi idxalın 5.24%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkəyə 243 milyon ABŞ dollar dəyərində 14 min 906 ton əczaçılıq məhsulları idxal edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər