Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 888.385 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Türkiyənin Ticarət Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2.8% azdır. 5 ay ərzində Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1%-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 3.2% artaraq 92 milyard 537.971 milyon ABŞ dollara çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (7.638 milyard ABŞ dolları; illik müqayisədə 2.9% az), ABŞ (5.405 milyard ABŞ dolları; 9% çox), İtaliya (4.967 milyard ABŞ dolları; 7.7% çox) və İngiltərə (4.938 milyard ABŞ dolları; 7.3% çox) həyata keçirib.
Təkcə bu ilin may ayında isə Türkiyədən Azərbaycana 193.703 milyon dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 7.7% çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0.9%-nə bərabər olub.