Azərbaycan 8 ayda plastmassaya 392 milyon dollar xərcləyib

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən plastmassa və onlardan hazırlanan məmulatların alışı üçün 391 milyon 693,3 min ABŞ dolları xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məhsulun fiziki həcmində də cüzi artım qeydə alınıb. Belə ki, hesabat dövründə ölkəyə 213 min 214,5 ton plastmassa məmulatı gətirilib ki, bu da illik müqayisədə 1,1% artım deməkdir.

Plastmassa və ondan hazırlanan məmulatların ümumi idxaldakı xüsusi çəkisi isə 2,56%-dən 3,43%-ə yüksəlib (0,87 faiz bəndi artım).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər