AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib.
Banker.az xəbər verir ki, razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.