2025-ci ilin yanvar-sentyabr ayında Azərbaycan 1 milyard 605 milyon dollar dəyərində 85 257 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 27%, miqdar ifadəsilə 29% artıb.
O cümlədən, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycana 1 milyard 268 milyon dollar dəyərində 66 285 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin 9 ayında Azərbaycana minik avtomobillərinin idxalı 78 205 ədəd ikən, əvvəlki ildə 59 479 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 31.5% artıb.