Azərbaycan 2025-ci ilin yanvar-sentyabr ayında 110.5 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 41.9 milyon dollar və ya 61% çoxdur.
Ötən ilin eyni dövründə isə Azərbaycan 68.6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

 
                                    





