4 C
Baku
Wednesday, January 21, 2026

Azərbaycan 95 oktanlı benzinin idxalını kəskin artırıb

Azərbaycan 2025-ci ilin ilk on bir ayında xaricdən AI-92 markalı avtomobil yanacağının idxalını kəskin azaltsa da, premium və super markalı benzinlərin idxalını yüksəldib.

Banker.az xəbər verir ki, 92 oktanlı avtomobil benzinin idxal həcmi 2024-cü ilin müvafiq dövründəki 193,4  min tonluq benzin idxalı ($168,8 mln.) 2025-ci ildə 57 faiz (dəyər 62%) azalaraq 83  min tona ($64,4 mln.) düşüb. Azərbaycan AI92 markalı benzini əsasən Belarus (83 min ton), Rusiya (64 min ton) və Rumıniyadan (4 min ton) alıb.

Premium markalı, 95 oktanlı avtomobil benzinin ixrac həcmi isə ilk 11 ayda 128 min ton və ya $109,9 mln. ton olmaqla illik müqayisədə miqdar baxımından 67%, dəyərdə isə 53% artıb. Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ilin ildə 9% azalaraq 856 dollara düşüb.

Ölkə 95 oktanlı avtomobil benzinini əsasən Rusiya (75 min ton), Birləşmiş Ərəb Əmirlikləri (21 min ton) və Rumıniyadan (13 min ton) alınıb.

 

Son xəbərlər
Digər xəbərlər