Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (ABŞ) şüşə vərəqələrin ixracını həyata keçirib.

Banker.az xəbər verir ki, bu ölkəyə ilkin mərhələdə 69 tondan artıq məhsul göndərilib.

Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir. 2023-cü ildə “Azerfloat” QSC tərəfindən 52 milyon manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 50%-lik hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə “Made in Azerbaijan” brendi adı altında ixrac edilib.