Azərbaycan 2025-ci ilin ilk yarım ilində ABŞ-dən idxal etdiyi elektro mobillərin həcmini kəskin artırıb.
Banker.az xəbər verir ki, ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından 324 ədəd və ya 5 milyon 860.1 min ABŞ dolları dəyərində “e-car” alıb.
Bu da illik miqdar baxımından 49% artımdır.
Bu ötən ilin eyni dövründə 218 ədəd və ya dəyəri 4 milyon 160.2 min dollar təşkil edirdi.
Qeyd edək ki, ölkəyə xaricdən ümumilikdə 929 ədəd və ya 31 milyon 625.4 min dollarlıq “e-car” alıb.