16 C
Baku
Monday, May 6, 2024

Azərbaycan ABŞ-ın bəzi ştatlarından idxal məhdudiyyətini aradan qaldırdı

Azərbaycan yüksək patogen quş qripi xəstəliyinə görə Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarına tətbiq etdiyi idxal və tranzit məhdudiyyətini aradan qaldırıb.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan ştatlarda bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

AQT-dan bildirilir ki, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.       

Son xəbərlər
 ⁠
Digər xəbərlər