Azərbaycan 2023-cü ilin ilk yarısında Amerika Birləşmiş Ştatları iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmini öncəki illə müqayisədə artırıb.
Banker.az xəbər verir ki, Azərbaycan 2023-cü ilin ilk 6 ayında bu ölkənin iqtisadiyyatına 56 milyon 230 min dollarlıq birbaşa investisiya yönəldib.
Bu da illik müqayisədə 23 milyon 544 min manat və ya 72% çoxdur.
ABŞ-dən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyanın həcmi isə 109 milyon 482 min dollar və ya 42% azalaraq 79 milyon 778 min dollar olub.