Azərbaycan “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.
Bunu Energetika Nazirliyinin jurnalistlər üçün Səngəçal terminalına təşkil olunmuş media-tur çərçivəsində təqdimat zamanı “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, indiyədək BP və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 mlrd. dollar sərmayə yönəldib.
Tamam Bayatlı qeyd edib ki, bu investisiyaların 30%-i BP-nin payına düşüb.