11 C
Baku
Saturday, November 16, 2024

Azərbaycan Aİ-yə yun satışına başlayır- İlkin razılıq əldə olunub

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən  bildirilib ki, ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur. Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılıb, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib.

Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır. Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.

Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229)) Agentliyə müraciət edə

 

Son xəbərlər
Digər xəbərlər