13 C
Baku
Saturday, November 16, 2024

Azərbaycan AİB-lə birgə yeni üzən günəş elektrik stansiyası layihəsini nəzərdən keçirir

Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) birgə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O qeyd edib ki, Energetika Nazirliyi AİB ilə birgə 50 meqavatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.

Nazir müavininin sözlərinə görə, Azərbaycan bu sahədə fəaliyyətini genişləndirməyi planlaşdırır.

“Pilot layihənin hazırlanması və reallaşdırılması nəzərdə tutulur. Pilot layihəyə Böyükşor gölündə 100 kilovatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi daxildir”, – E.Soltanov deyib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər