12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Almaniya və İsveçrədən turist axınını artırmağı hədəfləyir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gələn həftədən Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlaması Almaniya və İsveçrə kimi hədəf ölkələrlə turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək.

Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb.

Agentliyin sədri Fuad Nağıyev isə Bakı-Vyana aviareyslərinin turist mübadiləsinə töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini qeyd edib. O, Azərbaycanın turizm destinasiyası kimi tanıdılması məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər